Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla iştirak ediblər

Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası uğurla çıxış edib.
Azərbaycanın 48 fərqli ali təhsil müəssisəsinin iştirak etdiyi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin irsinin yaşadılması, Azərbaycan tarixinə dair biliklərin dərinləşdirilməsi və intellektual vərdişlərin inkişafı məqsədini daşıyan yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası 8-ci yerə layiq görülüb.
Yarışın sonunda komandaların hər bir üzvünə sertifikatlar təqdim olunub.